Bu Fond 2 milyard dollardan çox gəlir əldə edib – 7 ayın hesabatı

10:46 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 1 avqust 2020-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.

ABC.AZ Fondun məlumatına istinadən xəbər verir ki, bu ilin yanvarından avqusta kimi, yəni 7 ayda AÇG yatağından 2 milyard 485 milyon ABŞ dolları gəlir əldə edib.

Müqayisə üçün qeyd edək ki, ARDNF 2019-cu ilin 7 ayında AÇG yatağından 5 milyard 160 milyon dollar, 2018-ci ilin yanvar-iyul dövründə isə sözügedən yatağdan 5 milyard 621 milyon dollar gəlir əldə etmişdi. Beləliklə, Fondun AÇG üzrə gəliri 2,1 dəfə azalıb.

Qeyd olunan dövrdə Fond Şahdəniz yatağından (qaz və kondensat) isə 215,5 milyon ABŞ dolları gəlir əldə edib. Bununla yanaşı 2020-ci ilin 7 ayı ərzində Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 149 milyon ABŞ dolları təşkil edib.

Gəlirin azalması neftin bu il kəskin ucuzlaşması ilə bağlıdır.

 

Вся лента