AMB valyuta hərracında banklara $59,1 mln. satıb

14:30 - 6.08.2020


6 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 6-da valyuta hərracında banklara $59,1 mln satılıb.

"Banklar tərəfindən valyuta hərracına tələb $59,1 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Вся лента