SOCAR bu boru kəmərinə dəstək verəcək – Müqavilə imzalandı

10:47 - 7.08.2020


7 avqust, Fineko/abc.az. SOCAR-ın törəmə şirkəti olan "SOCAR Midstream Operations Limited" və "Petrofac" şirkətinin mühəndislik və hasilat xidmətləri bölməsi Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğunun ötürülməsinə dəstək xidmətləri üzrə saziş imzalayıblar.

ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, SOCAR Cənubi Qafqaz Boru kəmərinin texniki operatorluğunu BP-dən təhvil aldığına görə yeni saziş əməliyyat aktivlərinin təhvilinə dəstək xidmətlərini nəzərdə tutur.

Bu çərçivədə görüləcək işlərə keçid prosesləri zamanı qaz boru kəmərlərinə və digər obyektlərə texniki baxışın keçirilməsi, keçid dövründə, icra mərhələsində və əməliyyat hazırlıq planının işlənib hazırlanmasında geniş rutin dəstək verilməsi aiddir.

 

Вся лента