Azərbaycanda nigah müqavilələrinin məcburi şəkildə bağlanması təklif olunur

12:49 - 25.01.2018


25 yanvar, Fineko/abc.az. Azərbaycan Parlamentində bu gün  Ailə, qadın və uşaq məsələləri  komitəsinin iclası keçirilir.

İclas zamanı, Komitənin üzvü Sədaqət Vəliyeva Ailə Məcəlləsinə dəyişiklik edilməsini və boşanmaların azalmasına səbəb olacaq  nigah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.

“Azərbaycanda boşanmaların sayı çoxalıb. Bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir. Burada könüllük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır”, - deputat belə hesab edir.

 

 

Вся лента