Yarım ildə əsas kapitala 4 milyard manatdan çox vəsait yönəldilib

10:17 - 10.08.2020


10 avqust, Fineko/abc.az. Bu ilin altı ayında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 62,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox vəsait yönəldilib.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 870,7 milyon manatı və ya 46,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. 2020-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,3 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7 faizini əsaslı təmir, 5,4 faizini cari təmir, 22,3 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 85,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

© Azertag.az

 

Вся лента