Sentyabrda 61 dövlət əmlakının hərracı keçiriləcək

10:30 - 10.08.2020


10 avqust, Fineko/abc.az. Sentyabrın 8-də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac təşkil ediləcək. Hərraca ümumilikdə 61 dövlət əmlakı çıxarılır.

Bu barədə ABC.AZ-a Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Məlumata əsasən bunlardan 17-si səhmdar cəmiyyəti, 28-i kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 16-sı nəqliyyat vasitəsidir. Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə bu linklərə daxil olmaqla tanış ola bilərsiniz: https://bit.ly/3gCngAb, https://bit.ly/2DEQn7q, https://bit.ly/3a1gB07, https://bit.ly/30AsC9C

Məlumat üçün bildirək ki, aqrar, sənaye, nəqliyyat, təmir və s. sahələrə aid səhmdar cəmiyyətlərinin səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb.

Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək.

 

Вся лента