Çində sərgidə “Made in Azerbaijan” brendləri nümayiş etdirilib

14:36 - 10.08.2020


10 avqust, Fineko/abc.az. “Made in Azerbaijan” brendi ilə istehsal edilən məhsullarımız avqustun 8-dən 10-dək Çinin iri liman şəhərlərindən olan Çindaoda keçirilmiş 4-cü Çin yüksək keyfiyyətli şərab və spirtli içkilər sərgisində (The 4th China High-End Wine and Spirits Expo 2020) nümayiş etdirilib.

Xəbər verilir ki, bu, Azərbaycan məhsullarının cari ildə Çində nümayiş etdirildiyi ilk beynəlxalq sərgidir.

“Brendin gücü” adı altında keçirilən builki sərgidə 200-dən çox yerli və xarici şirkət tərəfindən 6 min növə yaxın içki məhsulları nümayiş etdirilib. Açılış mərasimində 35 minə yaxın insan iştirak edib.

Sərgidə “Made in Azerbaijan” vahid ölkə stendində Çində satışda olan Azərbaycanın üzüm və nar şərabları, araqlar və təbii nar şirələri nümayiş olunub, paralel olaraq satışı həyata keçirilib.

© Azertag.az

 

Вся лента