Bu il Zaqataladan ABŞ şirkətlərinə 950 kiloqram lavanda yağı ixrac olunub

16:30 - 10.08.2020


10 avqust, Fineko/abc.az. Bu ilin birinci yarısında Zaqatala rayonunda fəaliyyət göstərən “AzRose” MMC-nin plantasiyalarından 438 ton 290 kiloqram qızılgül, 66 ton 955 kiloqram lavanda və 5 ton 900 kiloqram nanə ləçəyi tədarük olunub.

Həmin müddətdə müəssisədə 121 litr qızılgül yağı, 1 ton lavanda yağı, 31 kiloqram nanə yağı, eyni zamanda, 15 ton qızılgül suyu, 8 ton lavanda suyu və 4 ton nanə suyu istehsal edilib. İlin əvvəlindən müəssisə tərəfindən ABŞ şirkətlərinə 950 kiloqram lavanda yağı ixrac olunub.

ABC.AZ xəbər verir ki, bu barədə Azərtacın bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Bildirilib ki, hazırda “AzRose” MMC-nin rayonun Aşağı Tala kəndinin ərazisində 151 hektar “Dəməşq qızılgülü”, 36 hektar lavanda gülü və 0,3 hektar nanə plantasiyaları var.

 

Вся лента