Sağalanlar 214, yoluxanlar 84 – Günün statistikası

16:38 - 11.08.2020


11 avqust, Fineko/abc.az. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən məlumat verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 6 318, hazırkı dövrədək isə 796 459 test aparılıb.

 

Вся лента