Fərdi sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanılıb

15:39 - 12.08.2020


12 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi (mikro) sahibkarlara vəsaitlərin köçürülməsi ilə bağlı prosesə start verilib.

Bu barədə ABC.AZ-a Nazirliyin mətbuat xidmətindən  bildirilib.

 Qeyd olunur ki, maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində belə dəstəyə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir. Avqustun 11-dən başlayaraq, ikinci mərhələ çərçivəsində 49 min 421 fərdi (mikro) sahibkarın bank hesablarına maliyyə dəstəyi köçürülməsinə başlanılıb. Birinci mərhələdən fərqli olaraq, bu dəfə vergiödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergiödəyiciləri üzrə həyata keçirilir.

 

Вся лента