Bakı-Rostov-Bakı qatarının hərəkət cədvəlinə dəyişikliklər edilib

25.01.2018,16:49


25 yanvar, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Rostov-Bakı qatarının hərəkət cədvəlinə dəyişikliklər  edib.

ADY-nın məlumatında deyildiyi kimi, yanvarın 27-dən etibarən qatarlar yeni cədvəl ilə hərəkət edəcək.

Bakı-Rostov-Bakı sərnişin qatarı öz dövriyyəsi ilə - payız-qış mövsümündə dörd gündən bir, yay mövsümündə isə günaşırı hərəkət edəcək. Yanvarın 27-dən etibarən ayın tək tarixlərində qatarlar saat 3-25-də yola düşəcək.

 

Ключевые слова: ADY qatar