AÇG-dən SOCAR-a 1,3 milyard kubmetr səmt qazı verilib

15:15 - 13.08.2020


13 avqust, Fineko/abc.az. 2020-ci ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,9 milyon kubmetr, ümumilikdə isə 1,3 milyard kubmetr səmt qazı verilmişdir.

Bu barədə ABC.AZ “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir.

Qeyd olunur ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

 

Вся лента