Neft bahalaşır, Brent bir barelə $45,17 təşkil edib

10:43 - 17.08.2020


17 avqust, Fineko/abc.az. Bazar ertəsi günü, bu həftə OPEC+ yığıncağının gözləntiləri fonunda neftin etalon markaların qiymətləri yüksəlir.

S & P Global Platts-in məlumatına görə, bu həftə OPEK+ - in 19 avqustda keçirilməsi planlaşdırılan Nazirlər Monitorinq Komitəsinin (JMMC) iclası gözlənilir.

Saat 9:26-da, London ICE Futures neft birjasında Brentin oktyabr fyuçersi $0,37 (0,83%) qiyməti – barrel başına $45,17-ə yüksəldi. Avqustun 14-də keçirilən hərracın nəticələrinə görə, Brent-in oktyabr ayına olan neft fyuçersinin dəyəri $0,16 (0,36%) - barrel başına $44,80-ə düşüb.

Saat 9:26-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin sentyabr ayına olan fyuçersi $0,42 (1,0%) – bir barel üçün $42,43-ə yüksəldi. Avqustun 14-də ticarətin nəticələrinə görə, sentyabr ayına olan fyuçers $0,23 (0,55%) - bir barel üçün $42,01 qədər düşüb.

Cümə günü neft qiymətləri aşağı düşüb, lakin həftənin yekunlarına görə artım nümayiş etdirildi: Brent 0,9%, WTI - 1,9% bahalaşıb. Bazarı, ABŞ-da neft ehtiyatlarının üçüncü həftə ardıcıl olaraq azaldılması barədə məlumatlar dəstəklədi. Eyni zamanda, Beynəlxalq Enerji Agentliyi (BEA) ötən həftə 2020-2021-ci illərdə neft tələbatının proqnozunu aşağı salıb.

 

Вся лента