İkinci rübdə “Petkim” 100 mln dollarlıq ixrac həyata keçirib

12:33 - 17.08.2020


17 avqust, Fineko/abc.az. Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim” holdinq bu ilin II rübündə 145 mln Türkiyə lirəsi (TRY) mənfəət əldə edib.

Bu barədə ABC.AZ holdinqin məlumatına istinadən xəbər verir.

Məlumat verilir ki, “Petkim” istehsalında tibbi ləvazimat və qablaşdırma sektorunun xammal istehsalına üstünlük verib.

Qeyd olunur ki, “Petkim”in II rübdə ümumi satışları 2,2 mlrd TRY təşkil edib. Şirkətin ölkə daxilindəki satışları I rüblə müqayisədə 10% artıb.

“Petkim” bu dövrdə ixracdakı mövqeyini də qoruyaraq 100 mln dollarlıq ixrac həyata keçirib.

 

Вся лента