Neft ucuzlaşır, Brent bir barelə $45,25 təşkil edir

10:06 - 18.08.2020


18 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən gün yüksəldikdən sonra çərşənbə axşamı azalır.

Saat 9:27-də London ICE Futures neft birjasında Brent-in oktyabr fyuçersi 0,12 (0,26%) - barrel başına $45,25-ə qədər ucuzlaşıb. Avqustun 17-də keçirilən hərracların nəticələrinə görə, Brent-in oktyabr ayına olan neft fyuçersinin dəyəri $0,57 (1,3%) - bir barrelə görə $45,37-ə qədər artıb.

Saat 9:27-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin sentyabr ayına olan fyuçersi $0,18 (0,42%) – bir barel üçün $42,71-ə düşdü. Avqustun 17-də ticarətin nəticələrinə görə, WTI-nin sentyabr ayına olan fyuçersi $0,88 (2,1%) – bir barel üçün $42,89-a yüksəldi.

Bu həftə, 19 avqusta planlaşdırılan OPEC+ - in Nazirlər Monitorinq Komitəsinin (JMMC) iclası gözlənilir.

 

 

Вся лента