İlin sonunadək bu kateqoriyadan olan vətəndaşlara avtomobil veriləcək

14:49 - 20.08.2020


20 avqust, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2020-ci ildə 1990-cı il 20 Yanvar hadisələri və  Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə  daha 400 avtomobilin verilməsi nəzərdə tutulub.

Bu barədə ABC.AZ-a nazirlikdən məlumat verilib.

Qeyd olunur ki, ilin əvvəlindən onlardan artıq 150-si təqdim edilib. Bu ilin sonunadək daha 250 avtomobil də veriləcək.

Təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir.

Ümumilikdə indiyədək Nazirlik tərəfindən müharibə əlilləri və digər  imtiyazlı şəxslərə 6900 avtomobil verilib.

 

Вся лента