“Aqrarkredit” şirkəti hüquqşünaslar axtarışındadır

16:55 - 10.10.2017


“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti vakansiya haqqında elan edib.

“Aqrarkredit”-in məlumatında deyildiyi kimi, şirkətə hüquqşünaslar tələb olunur.

İddiaçılar ali hüquqi təhsilə, bank sektorunda iş təcrübəsinə, mülki və bank qanunvericiliyi sahəsində dərin biliklərə, məhkəmələrlə işləmə bacarıqlarına malik olmalıdır.

Bakı Dövlət Universitetinin və Dövlət İdarəçilik Akademiyasının məzunlarına üstünlük veriləcək.

Maaşın həcmi razılaşma əsasında təsbit edilir.

İddiaçılar,  Bakı, Qədirli küçəsi, 125 ünvanına müraciət edə bilərlər. Telefon: (012) 498 15-17,
e-mail: [email protected]

Вся лента