Bank VTB (Azərbaycan) müştəriləri kredit ödənişlərini Express Pay ödəniş terminalları vasitəsi ilə edə bilər

15:45 - 26.01.2018


VTB (Azərbaycan) müştərilərinin rahatlığı üçün daha bir ödəniş terminalları sistemi – Express Pay sisteminə qoşulub ki, bu da müştərilərə bankın ofislərinə gəlmədən kredit ödənişlərini etməyə imkan verəcək. Bunun üçün Express Pay terminallarındakı  Banklar bölməsində VTB (Azərbaycan)-ı seçmək lazımdır. Bundan sonra 3 parametrdən birini daxil etmək tələb olunur:

 

  • Müştərinin Pinkodu
  • Kredit müqaviləsinin nömrəsi
  • Kredit kartının son 6 rəqəmi

 

Daha sonra ödənişi etmək olar. Əməliyyat başa çatdıqda müştəri ödənişini təsdiqləyən qəbz alır. Terminal vasitəsi ilə istənilən krediti ödəmək mümkündür. Kredit üzrə ödəniş yalnız manatla həyata keçirilir (dollar kreditləri manat ekvivalentində ödənilir).

 

Express Pay terminalları ilə ödənişi istənilən vaxt etmək mümkündür. Saat 17.00-dan sonra və ya qeyri-iş günlərində olunan ödənişlər növbəti iş günündə hesaba köçürülür.

 

Beləliklə, hazırda “Е-manat”, “Milli-Ön”, “Easy Pay”, “ExpressPay”  ödəniş terminalları, eləcə də  www.hesab.azwww.e-pul.azwww.kassam.az onlayn sistemləri kimi ödəniş kanalları VTB (Azərbaycan) müştərilərinin ixtiyarındadır. Bundan başqa müştərilər ödənişləri VTB Online və VTB Mobile internet və mobil bank vasitəsi ilə də həyata keçirə bilər.

 

 

Вся лента