Cari ildə Bakının ticarət dövriyyəsi 1,5% azalıb

16:40 - 26.08.2020


26 avqust, Fineko/abc.az. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatına əsasən cari ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 11 milyard 741,6 milyon manat olub.

Qeyd olunur ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 5 milyard 682,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5 faiz azalaraq 6 milyard 59,1 milyon manata bərabər olub. İstehlak məhsullarının 30,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

 

Вся лента