Xarici valyutada yerləşdirilmiş əmanətlər azalıb

17:08 - 26.08.2020


26 avqust, Fineko/abc.az. Azərbaycanda fiziki şəxslərin bank əmanətlərində dollarlaşma səviyyəsi cari il avqustun 1-nə 52,6% təşkil edib.

Bu barədə ABC.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir.

Qeyd olunur ki, əhalinin bank əmanətlərində dollarlaşma aylıq müqayisədə 1,4 faiz, illik müqayisədə isə 3,8 faiz azalıb. (bu il iyulun 1-nə 54%, ötən il avqustun 1-nə 56,4 %)

Məlumata əsasən, fiziki şəxslərin Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında xarici valyutada yerləşdirilmiş əmanətlərinin həcmi aylıq 1,7%, illik isə 15,4% azalıb.

Qeyd edək ki, 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edilib.

Fonda üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.

 

Вся лента