“Xəzər-Lada”nın xalis mənfəəti 3 dəfədən çox azalıb

10:39 - 27.08.2020


27 avqust, Fineko /abc.az. "Xəzər-Lada" ASC bu ilin I yarısını 119 min manat xalis mənfəətlə başa vurub. 

ABC.AZ report-a istinadə xəbər verir ki, şirkətin maliyyə hesabatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70,25% və və yaxud 3,4 dəfə azdır. 

6 ay ərzində "Xəzər-Lada"nın gəlirləri 7 788 min manat (illik müqayisədə 11,5% az), xərcləri 7 236 min manat (12,8% az), məzənnə fərqindən zərəri 427 min manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 6 min manat (93,75% az) təşkil edib. 

Bu il iyulun 1-nə "Xəzər-Lada"nın aktivləri 16 012 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,9% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 6,3% azalaraq 6 317 min manata düşüb, balans kapitalı isə 1,1% artaraq 9 695 min manata çatıb. 

Вся лента