Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 2 mlrd dollardan çox olub

12:26 - 27.08.2020


27 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən yanvar-iyul aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, Tunis və İran olub.

Xəbər verilir ki, ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 2 milyard 577 milyon 964,5 min dollar, İranla 179,2 milyon dollar, Tunislə isə 174,9 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən Tunis və Türkiyə ilə ticarət dövriyyəsi artıb, İran ilə azalıb.

 

Вся лента