Azərbaycanın İranla ticarət dövriyyəsi 180 mln dollar olub

14:39 - 27.08.2020


27 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına yanvar-iyul aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.

Xəbər verilir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 179,2 milyon dollar, BƏƏ ilə 22,6 milyon dollar, Səudiyyə Ərəbistanı ilə isə 7,1 milyon dollar olub. İran və BƏƏ ilə ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrünə nisbətən azalıb, Səudiyyə Ərəbistanı ilə artıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 158,4 milyon dollar, BƏƏ-dən 16,2 milyon dollar, Səudiyyə Ərəbistanından isə 6 milyon dollar təşkil edib. Bu ölkələr ilə keçən ilin eyni dövrünə nisbətən idxal əməliyyatları azalıb.

 

Вся лента