"Lukoil"ın MHBS üzrə xalis zərəri 857 mln. dollardan çox təşkil edib

16:05 - 27.08.2020


27 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Rusiyanın "Lukoil" şirkətinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə səhmdarlara aid olan xalis zərəri 64,68 mlrd. rubl (857,4 mln. ABŞ dolları) təşkil edib. Halbuki ötən ilin analoji dövründə şirkət 330,48 mlrd. rubl (4,38 mlrd. dollar) mənfəət əldə etmişdi.

ABC.AZ  apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Cari ilin ilk yarısında "Lukoil"ın faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəəti (EBITDA – Earnings Before Interest, Taxes, Depreciation and Amortization) 2,1 dəfə azalaraq 295,26 mlrd. rubl (3,9 mlrd. dollar) təşkil edib.

Hesabat dövründə "Lukoil"ın MHBS üzrə sərbəst pul axını ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə azalaraq 81,026 mlrd. rubl (1,07 mlrd. dollar) təşkil edib. Sərbəst pul axını 2020-ci ilin II rübündə əvvəlki rüblə müqayisədə 2,2 dəfə azalaraq 25,507 mlrd. rubla (338,1 mln. dollar) enib. Azalma əsasən şirkətin əsas fəaliyyətinin gəlirliliyinin azalması ilə əlaqədardır. Kapital xərclərinin artımı ilin ilk yarısında bu göstəricinin mənfi dinamikasına da təsir edib.

 

Вся лента