330x110
 

Azərbaycan İrana 20 mln dollar dəyərində məhsul ixrac edib

28.08.2020,10:53


28 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən cari ilin yanvar-iyul aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər qərarlaşıb.

Qeyd olunur ki, İrana ixracın dəyəri 20,7 milyon dollar, BƏƏ-yə 6,3 milyon dollar, Qətərə isə 1,1 milyon dollar olub. İran və Birləşmiş Ərəb Əmirliklərinə ixracın dəyərində azalma, Qətərə isə artım müşahidə edilib.