Azərbaycanın Türkiyənin qaz bazarındakı payı son 3 ildə iki dəfə artıb

12:30 - 31.08.2020


31 avqust, Fineko/abc.az.  Bu ilin yanvar-iyun aylarında Türkiyə Rusiyadan qaz idxalını 43% azaldaraq 4,6 mlrd. kubmetrə endirib.

ABC.AZ apa-ya istinadən  xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) məlumatında deyilir.

Bunun əvəzinə hesabat dövründə Türkiyə Azərbaycandan qaz idxalını 23% artıraraq 5,5 mlrd. kubmetrə çatdırıb.

EPDK-nın məlumatına görə, son 3 ildə Türkiyənin qaz bazarında Azərbaycanın payı iki dəfə artıb, Rusiyanın payı yarıyadək, İranın payı isə iki dəfəyədək azalıb.

 

Вся лента