Yeddi ayda qeyri-neft sektoru üzrə ixrac 98 mln dollar azalıb

16:03 - 31.08.2020


31 avqust, Fineko/abc.az. 2020-ci ilin ilk yeddi ayı ərzində Azərbaycanın ixracı 9,1 milyard dollar, qeyri-neft sektoru üzrə 1 milyard 35 milyon  dollar dəyərində ixrac reallaşdırılıb. Koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə bağlı qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 98 milyon dollar və ya 8,6% azalıb.

Bu barədə  ABC.AZ  “İxrac İcmalı”nın 2020-ci ilin avqust sayına istinadən xəbər verir.

Bildirilir ki, cari ilin yanvar-iyul ayları ərzində Rusiyaya 418,6 milyon, Türkiyəyə 205 milyon, İsveçrəyə 107,6 milyon, Gürcüstana 84,2 milyon və Çinə 31,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin 7 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 5,7 faiz,  İsveçrəyə 21,9 faiz və Çinə 60,9 faiz artıb.

 

Вся лента