“Holcim (Azerbaijan)” ASC-nin səhmdarları martda toplanacaqlar

29.01.2018,11:29


29 yanvar, Fineko/abc.az. “Holcim (Azerbaijan)” ASC-nin səhmdarları illik ümumi yığıncaq keçirəcəklər.

Şirkətin məlumatında deyilir ki, yekun iclas mart ayının 15-də keçiriləcək.

“Yığıncağın gündəliyinə ümumi yığıncağın sədrinin seçilməsi, şirkətin Müşahidə Şurasının üzvlüyünə, nizamnaməsinə dəyişikliklərin təsdiqlənməsi, şirkətin 2017-ci ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi məsələləri daxildir”, - məlumatda belə deyilir.

 

 

Ключевые слова: Holcim