Beyləqan rayonunun su problemləri həll olunur

17:00 - 1.09.2020


1 sentyabr, Fineko/abc.az. Beyləqan rayonunun Mil, Yeni Mil və Milabad qəsəbələrinin hər birində subartezian quyuları qazılacaq.

Subartezian quyularının qazılmasına “Azərsu” ASC ilə yanaşı, SOCAR-ın quyuların qazılması sahəsində ixtisaslaşmış təşkilatları cəlb olunub.

Qazıntı işləri yekunlaşdıqdan sonra quyularda nasos və transformatorlar quraşdırılacaq və quyular elektrik enerjisi ilə təmin olunacaq.

“Azərsu” ASC-dən ABC.AZ-daxil olan məlumata görə hazırda Milabad qəsəbəsində subartezian quyusunun qazılması işləri yekunlaşmaq üzrədir. Bu qazma qurğuları hesabına növbəti mərhələdə Mil və Yeni Mil qəsəbələrində də subartezian quyuları qazılacaq. Ümumilikdə 24 yaşayış məntəqəsində subartezian quyularının qazılması işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

 

Вся лента