AzerGold qara metal filizi yataqlarının öyrənilməsi, işlənilməsi və idarə olunmasını həyata keçirəcək

17:34 - 1.09.2020


1 sentyabr, Fineko/abc.az. “AzerGold” QSC ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etməlidir.

ABC.AZ xəbər verir ki, bu barədə  Prezident İlham Əliyevin bu gün imzaladığı Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “AzerGold” QSC-nin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” sərəncamında əksini tapıb.

Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlərin görulməsi tapşırıldı.

Вся лента