ABŞ-da ehtiyatların və hasilatın azaldılması məlumatlarına baxmayaraq, neft ucuzlaşır

10:09 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. ABŞ-da ehtiyatların azaldılması və hasilat məlumatlarına baxmayaraq, əvvəlki sessiyanın nəticələrinə görə düşdükdən sonra neft qiymətləri cümə axşamı ticarətində azalır.

ABŞ Energetika Nazirliyi ötən gün bildirdiyi kimi, ötən həftə ölkədə neft ehtiyatları 9,4 mln. barrel azalıb. Düşmə bazarın proqnozlarını xeyli üstələdi: S&P Global Platts tərəfindən sorğulanan ekspertlər, orta hesabla, ehtiyatların 1,2 milyon barel azaldığını proqnozlaşdırdılar.

Saat 9:35-də, London ICE Futures neft birjasında Brent markalı neftin noyabr fyuçersi 0,17 (0,38%) azalaraq barrel başına $44,26 təşkil edib. Sentyabrın 2-də keçirilən ticarətin nəticələrinə görə, noyabr ayı üçün Brent-in fyuçersinin qiyməti $1,15 (2,5%) - barrel başına $44,43-ə düşüb.

Saat 9:35-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin oktyabr ayına olan fyuçers qiyməti 0,11 (0,26%) – barrel başına $41,40-a qədər ucuzlaşıb. Sentyabrın 2-də keçirilən ticarətin nəticələrinə görə, oktyabrda WTI-nin fyuçers qiyməti $1,25 (2,9%) - barrel başına $41,51-ə düşüb.

 

Вся лента