Rusiyada neft hasilatı 13% azala bilər – Proqnoz

11:38 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. Dünya neft bazarında tələbat böhrandan əvvəlki həcmin 90%-nə çatıb, bütövlükdə isə 2021-ci ildə bərpa olunacaq.

ABC.AZ xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak keçirdiyi müşavirədə bildirib.

Onun sözlərinə görə, OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair məlum razılaşma neft bazarının sabitləşməsində böyük rol oynayıb.

A.Novak qeyd edib ki, əks təqdirdə bu gün neftin 1 barelinin qiyməti 45 ABŞ dolları yox, az olacaqdı, bəzən isə mənfiyə düşəcəkdi: "OPEC+ razılaşması çərçivəsində avqust-dekabr ayları ərzində Rusiyada hasilat 13%, il ərzində isə 10% azalaraq 510 milyon tona düşə bilər. Razılaşmanın birinci mərhələsi olan may-iyul aylarında isə ölkədə hasilat 19% azaldılıb".

 

 

Вся лента