2004-cü ildən etibarən Azərbaycanda sahibkarlığın inkişafına 4,5 milyard manat sərmayə qoyulub

29.01.2018,15:26


29 yanvar, Fineko/abc.az. Bu gün Bakıda 2014-2018-ci illərdə regionların inkişafı üzrə Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilir.

Konfransda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, konfransda çıxış edən dövlət başçısı, dövlət proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinin effektivliyi barədə müvafiq tapşırıq və tövsiyələr verdi.

“Xüsusilə, ixracın genişləndirilməsi və idxalın azaldılması məsələləri müzakirə olunmuşdur. Dövlət başçısı, icra hakimiyyəti orqanlarının rəhbərlərinin üzərinə investisiyaların cəlb edilməsi üzrə böyük məsuliyyət qoymuşdur. Konfrans zamanı ölkədə sahibkarlığın inkişafına dair yol xəritəsi təqdim edilmişdir”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, 2004-cü ildən etibarən sahibkarlığın inkişafına 4,5 milyard manat sərmayə qoyulub, dövlət başçısının sərəncamına əsasən, şəhər və rayonların sosial-iqtisadi inkişafı üçün daha 368 milyon manat ayrılıb.

 

 

Ключевые слова: Mustafayev