Neft ucuzlaşır, Brent barrel başına $42,10 təşkil edir

10:23 - 7.09.2020


7 sentyabr, Fineko/abc.az. Bazar ertəsi Səudiyyə Ərəbistanı Dövlət Neft şirkəti Saudi Aramco-nun Asiya və ABŞ-dan alıcılar üçün bütün neft növlərinin oktyabr ayında qiymətlərini endirəcəyi barədə xəbərləri fonunda neft ucuzlaşır.

9:40-da, London ICE Futures neft birjasında Brentin noyabr ayı üçün fyuçersi $0,56 (1,31%) azalaraq barrel başına $42,10 təşkil edib. Sentyabrın 4-də keçirilən ticarətin nəticələrinə görə, Brentin noyabr ayı üçün fyuçersinin qiyməti $1,41 (3,2%) - barrelə görə $42,66-a düşüb.

9: 40-da, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin oktyabr ayına olan fyuçersi 0,64 (1,61%) düşərək barrel başına $39,13 təşkil edib. Sentyabrın 4-də keçirilən ticarətin nəticələrinə görə, oktyabrda WTI-nin fyuçers qiyməti $1,60 (3,87%) - barel başına $39,77-a düşüb.

Ötən həftənin nəticələrinə görə Brent 6,9%, WTI  – 7,5% ucuzlaşıb.

 

Вся лента