Azərbaycanda nə qədər kredit kartları var? – Say

10:51 - 7.09.2020


7 sentyabr, Fineko/abc.az. Azərbaycanda kredit kartlarının sayı yenidən artmağa başlayıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin iyul ayının sonunda kredit kartlarının sayı 985 min ədəd təşkil edib.

Bu isə onu göstərir ki, kredit kartlarının sayı 2020-ci ilin iyul ayında 36 min ədəd, cari ilin 7 ayı ərzində 188 min ədəd, ötən ilin iyul ayı ilə müqayisədə 206 min ədəd çoxalıb.

Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə kredit kartlarının sayı azalaraq ilin sonuna kimi 631 min ədədə, 2017-ci ilin iyun ayında isə 562 min ədədə düşmüşdü. Kredit kartları ölkədə ən çox 2015-ci ilin sonunda artaraq, sayı 1 milyon 10 min ədəd təşkil etmişdi.

Müəllif: Elmir Murad

 

Вся лента