Bu kateqoriydan olan insanlardan tutulan vergidə dəyişiklik edilib

11:55 - 7.09.2020


7 sentyabr, Fineko/abc.az. Azərbaycanda daimi qulluq tələb edən uşağa və yaxud I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin, (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçisinin və qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 200 manat məbləğində azaldılması təklif olunur.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu, Milli Məclisə daxil olmuş “Vergi Məcəlləsində dəyişiklik edilməsi” haqqında qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, azadolma məbləği 100 manatdır.

 

Вся лента