“AzerGold” 8 ayın hesabatını verdi - 40 minə yaxın unsiya qızıl hasil edilib

11:19 - 8.09.2020


8 sentyabr, Fineko/abc.az. “AzerGold” QSC cari ilin 8 ayı ərzindəki fəaliyyəti ilə bağlı hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 8 ayda əsas satış məhsulu olan qızıl üzrə nəzərdə tutulmuş plandan 4 752 unsiya daha çox olmaqla, ümumilikdə 39 312 unsiya qızıl hasil edilib. Bu, faizlə ifadə etsək, hasilat üzrə planla müqayisədə 14% artım deməkdir.

 

Cari ilin yanvar ayından sentyabr ayınadək “AzerGold” tərəfindən icra edilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına 68.5 milyon ABŞ dolları (116.4 milyon manat) məbləğində vəsait cəlb edilib. Cari ilin 8 ayında qızıl və gümüş ixracından əldə edilən gəlir ötən ilin analoji dövrü ilə müqayisədə 32%, yaxud 16 milyon ABŞ dolları (28 milyon manat) çoxdur.

 

Həmin dövr ərzində Cəmiyyət tərəfindən dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait ödənilib. Bu vəsaitin 4.8 milyon manatı vergilərin, 1.2 milyon manatı isə Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin payına düşür. Ümumilikdə isə, QSC-nin bütün fəaliyyət dövrü ərzində dövlət büdcəsinə 36,7 milyon manat vergi şəklində ödənilib. Bu vəsaitin 31,6 milyon manatı vergilərin, 5,1 milyon manatı Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin payına düşür.

 

Müəllif: Elmir Murad

 

 

Вся лента