Qlobal avtomobil sənayesi proqnozu stabilə doğru dəyişdi - Tədarük artacaq

11:54 - 8.09.2020


8 sentyabr, Fineko/abc.az. "Moody’s" beynəlxalq reytinq agentliyi satışların gözlənilən bərpası fonunda qlobal avtomobil sənayesi üzrə proqnozunu "mənfi"dən "stabil"ə dəyişib.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, satışların növbəti 12-18 ay ərzində sürətlə artacağı gözlənilir.

"Moody’s"in baş vitse-prezidenti Bryus Klark bildirib ki, qlobal avtomobil sənayesi üzrə sabit proqnoz 2021-ci ilədək daha sürətlə, lakin ümumilikdə, 2023-cü ilə qədər yavaş templə davam edəcək artımı əks etdirir. B. Klark əlavə edib ki, avtomobil tədarükü onilliyin ortalarınadək pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacaq.

 

Qeyd edək ki, "Moody’s"in analitikləri qlobal minik avtomobili tədarükünün bu il 19 mln. azalaraq təxminən 73 mln. enəcəyini, 2021-ci ildə isə artaraq 80 mln. çatacağını gözləyirlər.

Вся лента