330x110
 

Dünyanın nəhəng ölkəsi iqtisadi böhran astanasında - Rekord kiçilmə

08.09.2020,12:10


8 sentyabr, Fineko/abc.az. Pandemiya və dünyada gedən iqtisadi zəifləmələr fonunda Yaponiya iqtisadiyyatında rekord kiçilmə qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, gündoğar ölkədə ümumi daxili məhsul 2020-ci ilin II rübündə iyun ayından başlayaraq 28,1 % azalıb.

Ekspertlər kiçilmə səbəbi kimi özəl istehlakın azalmasını göstərir. Hesab olunur ki, Yaponiyada özəl sektor bundan sonra da bir müddət azalmağa doğru gedəcək.

 

   Müəllif: Elmir Murad