Bu ölkənin iqtisadiyyatı kəskin azalıb - 51 faiz

14:52 - 8.09.2020


8 sentyabr, Fineko/abc.az. Pandemiyadan dolayı tətbiq edilən sərt karantin rejimi daha bir ölkənin iqtisadiyyatını çökdürə bilər.

ABC.AZ-ın məlumatına görə, bəhs olunan ölkə Cənub Afrikadır. Belə ki, adıçəkilən ölkənin ümumi daxili məhsulu 2020-ci ilin 2-ci rübündə 1-ci rüblə müqayisədə 51% azalıb. 1-ci rübdə Cənub Afrika iqtisadiyyatı 1,8% azalmışdı. Adıcıl 4 rübdür ki, Cənub Afrika iqtisadiyyatı azalır və mütəxəssislər bunun sonunu heç də yaxşı dəyərlındirmir.

Onlar hesab edir ki, belə davam eləsə ölkə iflas durumuna düşə bilər.

Müəllif: Elmir Murad

Вся лента