Maliyyə-bank sektorunda vəziyyət necədir? – ABA-da müzakirə

14:48 - 9.09.2020


9 sentyabr, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyasında (ABA) maliyyə-bank sektorunun mövcud vəziyyəti müzakirə olunub.

ABA-dan ABC.AZ-a bildirilib ki, assosiasiyadan köçürüləcək vəsait hesabına banklar tərəfindən əlavə 400 vətəndaşa aktivlərin təqdim edilməsi işinin təşkili, Dövlət Sosial Müdafiə Fondunun “Özünüməşğulluq” layihəsində biznes-planların Qiymətləndirmə Komissiyasının tərkibinə Bakı və regionlar üzrə nümayəndələrin ayrılması, “Xəzinədarlıq və Fondların İdarəedilməsi üzrə Ekspert Qrupu”nun sədrliyinə “Kapital Bank” ASC-nin Xəzinə departamentinin direktoru Fərid Əliyevin namizədliyinin müzakirəsi, Mərkəzi Bankdan Banklar Assosiasiyasına daxil olmuş Dövlət Turizm Agentliyinin müraciətinin müzakirəsi yer alıb.

İclas zamanı qlobal müstəvidə yaranmış vəziyyətlə əlaqədar maliyyə-bank sektorunun mövcud vəziyyəti, həmçinin gündəlikdə yer alan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, görülən işlərlə bağlı hesabat dinlənilib.

Müəllif: Elmir Murad

 

Вся лента