330x110
 

“Fitch Ratings” AzSığortanı geri çağırdı

09.09.2020,15:24


9 sentyabr, Fineko/abc.az. AzSığorta ASC-nin təşəbbüsü ilə “Fitch Ratings” ilə reytinqin yenilənməsi üzrə əməkdaşlıq dayandırıldığı üçün beynəlxalq reytinq agentliyi sığorta şirkətinin reytinqini əvvəlki səviyyədə təsdiqləyərək geri çağırıb.

ABC.AZ şirkətin məlumatına istinadən xəbər verir ki, daha öncə xərclərin optimallaşdırılması və ölkədən xaricə valyuta ödənişlərinin azaltmaq məqsədilə AzSığorta ASC-nin “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığını müvəqqəti dayandırmışdır. Həmçinin, qlobal pandemiya nəticəsində maliyyə bazarlarında baş verən çalxalanmalar şirkətin reytinq yenilənməsinin əhəmiyyətini azaltmışdır.

Reytinq agentliyi ilə əməkdaşlığın dayandırılmasına baxmayaraq “Fitch Ratings” AzSığorta ASC üzrə proqnozunu növbəti dəfə Dayanıqlı (stable) səviyyəsində saxlayaraq, Sığortaçının Maliyyə Gücünü (Insurer Financial Strength – IFS) “B” səviyyəsində təsdiqləyir və prosedur tələbinə əsasən geri çağırır.