Dünya nəhəngi “IBM” Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək

30.01.2018,11:41


Kompüter texnologiyaları sahəsində dünya lideri olan “IBM” şirkəti Bakı Ali Neft Məktəbilə (BANM) əməkdaşlıq edəcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsveçrəyə işgüzar səfərində, Davosda “IBM” şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti ilə görüşüb və cənab Prezident  “IBM” şirkətinin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu, mövcud əməkdaşlığın gələcək əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

“IBM” şirkəti həmçinin SOCAR ilə ən müasir texnologiyalardan istifadəyə geniş imkan yaradacaq yeni layihə həyata keçirməyi planlayır. Üzərində 1500-dək işçinin çalışacağı planlaşdırılan layihədə Bakı Ali Neft Məktəbinin də iştirakı nəzərdə tutulur. Layihə dünya səviyyəli mütəxəssislərin hazırlanmasına öz töhfəsini vermiş olacaq.

Qeyd edək ki, BANM-ın yeni açılmış kampusunda “IBM” şirkətinin texniki təminat və proqramla təchiz olunmuş tədris mərkəzinin açılması da nəzərdə tutulmuşdur.

 

Ключевые слова: BANM IBM