Gigiyena normalarını pozan müəssisə bağlandı – Saçaqlı pendir istehsal edirdilər

14:53 - 10.09.2020


10 sentyabr, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tərtər rayonu, Xoruzlu kəndində saçaqlı pendir istehsal edən sexdə sanitar-gigiyena norma və qaydalarına, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı, istehsal prosesində texnoloji ardıcıllığa riayət edilmədiyi aşkarlanıb.

ABC.AZ-ın məlumatına görə, məhsullar baytarlıq şəhadətnaməsi olmadan satışa təqdim edilir.

Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, müəssisə vətəndaş Nəbiyev Aqil Ziyəddin oğluna məxsusdur.

Müəllif: Elmir Murad

 

Вся лента