330x110
 

Gömrük Komitəsi dövlət büdcəsinə ödəmələri azaldıb – Hesabat

10.09.2020,15:06


10 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi (DGK) bu ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsinə daxil olan vəsaitin həcmini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 8 ay ərzində Komitənin xətti ilə dövlət büdcəsinə 2 645 300,7 min manat daxil olub.

Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% azdır. Hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 6,6% azalaraq 647 681,3 min manat təşkil edib.

Müəllif: Elmir Murad