Abituriyentlər seçimi düzgün etsələr, hamısı universitetə daxil ola biləcək – DİM sədri

16:20 - 10.09.2020


10 sentyabr, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II qrup abituriyentləri ilə bağlı keçirdiyi canlı yayımda bəzi məsələlərə aydınlıq gətirib.

ABC.AZ-ın məlumatına görə, DİM sədri bu il II qrupa 2000-dən az adamın sənəd verdiyini açıqlayıb.

M. Abbaszadə qeyd edib ki, həmçinin həmin qrupa yeni ixtisaslar verilib: "Bu gündən artıq ixtisas seçimi başlayır. Bizim istədiyimiz budur ki, hər bir abituriyent özünə uyğun ixtisası seçə bilsin. Plan yerləri də təxminən 2 faiz azalıb. Bu il II qrup müsabiqə baxımından ən rahat qrupdur. Abituriyentlər seçimi düzgün etsələr, hamısı universitetə daxil ola biləcək".

 

Вся лента