Bu banklara görə yarım milyard manatdan çox kompensasiya ödənilib - 21 min 506 əmanətçiyə

16:47 - 10.09.2020


10 sentyabr, Fineko/abc.az. Bu günədək Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış son 4 bank üzrə 21 min 506 əmanətçiyə 513 milyon manatadək kompensasiyaların ödənilməsi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan sentyabrın 9-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 179,07 milyon manatdan çox kompensasiya ödənilib.

"AG Bank" üzrə 3768 əmanətçiyə ödənilən məbləğ 69,87 milyon manat olub, "NBC Bank" üzrə isə 3745 əmanətçiyə 109,19 milyon manat kompensasiya ödənilib.

İyunun 1-dən sentyabrın 9-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrah bank" və "Ata bank"ın əmanətçilərinə 333,21 milyon manatdan çox kompensasiya ödənilib. Hesabat dövründə "Amrah bank" üzrə 5448 əmanətçiyə ödənilən məbləğ 129,48 milyon manat olub, "Ata bank" üzrə isə 8865 əmanətçiyə 203,73 milyon manat kompensasiya ödənilib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.

 

Вся лента