Bu ölkə mill valyutasını devalvasiya edəcək

12:17 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Kuba mill valyutasını devalvasiya edəcək.

ABC.AZ modern-ə istinadən xəbər verir ki, devalvasiya 1959-cu ildən bəri ilk dəfə gerçəkləşəcək.

Kuba pesosununu məzənnəsi hökumət tərəfindən idarə olunur.

Hazırda 24 peso 1 dollara dəyişdirilir. Valyutanın dollar, avro və s. qarşı kursununun azaldılması nəzərdə tutulur.

Devalvasiya addımı pandemiya fonunda iqtisadi çətinliklər və ABŞ-ın sanksiyaları ilə bağlı atılıb.

 

Вся лента