Azərbaycan gömrük prosedurlarının təkmilləşdirilməsi çərçivəsində tranzit haqqında məlumat mübadiləsi sisteminə qoşulur

15:39 - 30.01.2018


30 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) xarici ticarət əlaqələrinin iştirakçıları üçün qeydiyyat prosesinin təkmilləşdirilməsini davam etdirir.

DGK-in rəhbəri Aydın Əliyev bildirib ki, bu məsələ, qeyri-neft sektorunun inkişafı və ölkənin ixrac potensialının genişləndirilməsi tədbirləri çərçivəsində dövlət başçısı tərəfindən qarşıya qoyulub.

“Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün, Dövlət Gömrük Komitəsi artıq tranzit haqqında məlumat mübadiləsi sisteminə (NCTS) qoşulma üzərində işləyir. Bu sistem, yalnız bütün Avropa ölkələri ilə deyil, həm də bu sistemə  qoşulmuş  digər ölkələrlə məlumat mübadiləsini  həyata keçirməyə imkan verəcək”, - A.Əliyev belə deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq dekabr ayından etibarən sistemdə müşahidəçi ölkə olmuşdur və hazırda ölkə, iki konvensiyanı ratifikasiya etməlidir. Bundan sonra isə, o, hüquqi şəxs statuslu tam hüquqlu üzv olacaq. Bu istiqamətdə işlər görülməkdədir.

 “NCTS sisteminə qoşulma idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə  prosesini xeyli  sadələşdirəcək”, - A.Əliyev belə deyib.

 

Вся лента