Bu əmanətçilərə rekord məbləğdə kompensasiya ödənilib

15:52 - 11.09.2020


11 sentyabr, Fineko/abc.az. Sentyabrın 10-na Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış son 4 bank ("AG Bank", "NBC Bank", "Amrah Bank" və "Ata Bank") üzrə 21 min 934 əmanətçiyə 515 milyon manatadək kompensasiyaların ödənilməsi həyata keçirilib.

ABC ADIF-ə istinadla xəbər verir ki, bu il iyunun 16-dan sentyabrın 10-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 180 milyon manatdan çox kompensasiya ödənilib.

"AG Bank" üzrə 3804 əmanətçiyə ödənilən məbləğ 70,33 milyon manat olub, "NBC Bank" üzrə isə 3770 əmanətçiyə 109,68 milyon manat kompensasiya ödənilib. İyunun 1-dən sentyabrın 10-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 334,82 milyon manatdan çox kompensasiya ödənilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5458 əmanətçiyə ödənilən məbləğ 129,67 milyon manat olub, "Ata Bank" üzrə isə 8902 əmanətçiyə 205,14 milyon manat kompensasiya ödənilib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir.

Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.

 

Вся лента